Dərc edildi: Baxış sayı: 245
Qanunsuz kömür istehsal edənlər cəzalandırıldı
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Quba rayonu ərazisində qanunsuz yolla ağac kömürü istehsal edilən kömür quyuları aşkar olunub.
“Qafqazinfo” quruma istinadən xəbər verir ki, araşdırma zamanı qanunsuz kömür istehsal edən şəxslərin Quba rayonu Möhüc kənd sakinləri Şamil Şükürov, Elşən Mirzəliyev, Tülər kənd sakini Eldəniz Nurullayev və Rustov kənd sakini Ruslan Hacınəbiyev olduğu müəyyən edilib.
Faktlarla bağlı qanunsuz kömür istehsal edən şəxslər barəsində akt, protokol tərtib edilərək qanunamüvafiq tədbir görülüb, kömür quyuları isə ləğv edilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət