Dərc edildi: Baxış sayı: 400
Qanunsuz erməni silahlılarının fortifikasiya qurğuları quraşdırması cəhdlərinin qarşısı alınıb
Avqustun 22-si saat 19:20 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Xocalı rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.
Ens.Az-ın məlumatına görə,bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.
Ordumuzun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət