Dərc edildi: Baxış sayı: 822
Qanadlı dinozavrların yeni növü tapıldı
Çin elm adamları ölkənin şimal-şərqində Lyaonin vilayətində indiyə qədər alimlərin rast gəlmədiyi dinozavr skeleti aşkar ediblər.
Daha dəqiqi, söhbət pterozavrların nümayəndəsindən gedir.
Bizimyol.info xəbər verir ki, qədim heyvan qalığının 163 milyon yaşı var. Bu dinozavr pərdəqanadlılar növündən olub, uçmağı bacarırmış. Onun bədəninin müxtəlif yerlərində – başında, boynunda, çiyinlərində, qabaq ətraflarında pərləri varmış.
Dinozavr çox balaca olub, uzunluğu 30 santimetri keçmirmiş. Çəkisi 300 qramdan çox olmazdı.
Çin paleontoloqları dinozavrı “Ambopteryx longibrachium” adlandırıb. Elm adamlarının fikrincə, bu heyvan növü Mezozoy erasının Yura dövründə yaşayıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət