Slimfit
  1. ELM

Qan xərçənginin müalicəsində ucuz vasitə kəşf olunub

Qan xərçənginin müalicəsində ucuz vasitə kəşf olunub
Sakura

Alimlər xərçəng xəstəliyinin müalicəsində yeni bahalı olmayan vasitələr kəşf ediblər

Ens.az xəbər verir ki, EMBO Molecular Medicine məşhur elmi jurnalında yazılan məqaləyə əsasən, Karolina İnstitutunun əməkdaşları olduqca ucuz və geniş istifadə olunan bir dərmanın kəskin miyeloid löseminin davamlı formalarının müalicəsi çərçivəsində xərçənglə mübarizədə uğurlu ola biləcəyini kəşf ediblər.

Belə ki, alimlər 33 mindən çox fərqli maddənin SAMHD1-nin cytarabine ilə müalicə olunan lösemi hüceyrələrindəki ara-CTP-ni parçalama qabiliyyətinə təsirinin araşdırıldığı bir tədqiqat aparıblar.

Araşdırmanın bu istiqamətdə aparılması onla bağlı idi ki, məhz SAMHD1 fermenti cytarabine ara-CTPB-nin aktiv metabolitini parçalayır və nəticədə xəstələr müalicəyə reaksiyası olmur.. İndi, son araşdırma mütəxəssislərə, SAMHD1-nin ara-CTP-ni ləğv etmə qabiliyyətini azaldan üç fərqli maddəni aşkar etməyə imkan verir. Söhbət hidroksiuriya, gemcitabin və triapin hhaqda gedir.

"Bu üç maddənin hər hansı birinin əlavə edilməsi, SAMHD1 səviyyəsinin yüksək olduğu hüceyrələrdə cytarabine ilə müalicənin təsirini xeyli yaxşılaşdırır. Bu terapiya həm böyüklər, həm də uşaqların nümunələri üzərində sınanmışdır.

Üstəlik, elm adamları hidroksiureni ən perspektivli dərman hesab edirlər, çünki bu birləşmə daha ucuzdur və artıq bir çox xəstəliyin müalicəsində istifadə olunur, lakin heç vaxt cytarabine ilə tətbiq edilmir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İlk kibrit qutularından biri

Redaktor seçimi

SON XƏBƏRLƏR