Slimfit
Qan qrupu
Sakura

Qan qrupu

Qan qrupu — insan qanının qrupları.

Müəyyən edilmişdir ki, insanda 4 qan qrupu vardır. Bu qan qrupları O (I qrup), A (II qrup), B (III qrup) və AB (IV) və olaraq işarə edilir. Qan qrupları ömür boyu dəyişməz olaraq qalır və valideyndən yeni nəslə irsən verilir. Birinci qan qrupu insanlar arasında ən geniş yayılmış, dördüncü qan qrupu isə ən az yayılmış qan qrupudur. Qan qrupları ilə birlikdə qanın rezus (Rh, Rhesus) amilini də bilmək lazımdır. İnsanların 85%-ində rezus-amil müsbət, 15%-ində isə mənfi olur.

Qan vermək insanda qan hüceyrələrinin təzələnməsinə, qandakı yağın miqdarının azalmasına, baş ağrıları, stress, yüksək qan-damar təzyiqi, yorğunluq kimi narahatlıqların azalmasına yaxşı təsir edir. Qan verən insanda ürək xəstəliklərinin baş vermə riski 90% aşağı düşür. Hər dəfə qan verildikdə qan analizi edilir. 18-65 yaşları arasında, çəkisi 50 kiloqramdan çox olan hər sağlam insan qan verə bilər. Kişilər ən tez 2 aydan bir, qadınlarsa ən tez 3 aydan bir, ildə 4 dəfədən çox olmamaq şərtilə qan verə bilərlər. Hüceyrələrin yenilənməsi isə 2 aya qədər vaxt alır.

Davamlı qan vermənin insan orqanizmi üçün bir çox xeyirli tərəfləri var. Qanazlığı olan insanlar donor ola bilməzlər. Anemiya qan testləri vasitəsilə müəyyən olunur. Qan vermək üçün əsas meyar hemoqlobinin dəyərləndirilməsidir. Qan verən adamın qan təzyiqi 140 mm civə sütununu keçməməlidir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Fransızlar tərəfindən başları bədənindən ayrılan Mərakeş müsəlmanlarının təsvir olunduğu POÇT MARKAsı. 1922-ci ildə Fransada istifadə olunub.

Redaktor seçimi

SON XƏBƏRLƏR