Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Qalxanvari vəzidə olan problemlərin hansı əlamətləri var?

Qalxanvari vəzidə olan problemlərin hansı əlamətləri var?
Sakura

Qalxanvari vəzidə olan problemlərin hansı əlamətləri var?

Hindistanlı mütəxəssislər qalxanvari vəzidə problem olduğunu bildirən doqquz əlaməti müəyyənləşdiriblər. Bunlardan biri hətta fiziki məşğələlər və xüsusi pəhrizlərlə belə arıqlaya bilməməkdi.

Qalxanvari vəzi orqanizmdə ən əhəmiyyətli proseslərin tənzimlənməsində iştirak edir - o cümlədən əsas energetika və ya kalorigen, kalsium-fosfat mübadiləsində. Bu orqanda nasazlıq orqanizmin endokrin sistemində ağır proseslər yarada bilər, bununla əlaqədar olaraq problemi vaxtında müəyyən etmək son dərəcə əhəmiyyətlidir.

İlk siqnal müvafiq hormonların azalması nəticəsində bir şeyə diqqətlə konsentrasiya olmamaq və huşsuzluğun yaranmasıdır.

Digər əlamət saçların sürətlə tökülməsidir, hərçənd bu, orqanizmdə baş verən tamam başqa bir prosesin də nəticəsi ola bilər. Həzm yollarında olan problemlər nasazlığın başqa bir əlamətidir.

Fiziki məşğələ və xüsusi pəhrizlərlə də arıqlaya bilməmək isə bu əlamətlə bağlı digər bir xəbərdarlıq siqnalıdır. Depressiya və gərginlik məsələsini də bu siyahıya əlavə edilməlidir, eləcə də seksual istəyin az olmasını, çünki qalxanvarı vəzinin hormonları cinsiyyət funksiyasına fəal təsir edir. Qadınlarda aybaşı zamanı kəskin ağrıların olması da bu məsələdən xəbər verə bilər.

Mütəxəssislərin sözlərinə görə, qalxanvari vəzinin işində nasazlıqlar insanların tez-tes özgüvən hissələrini itirmələrinə səbəb olur ki, bu da hormonlarla izah olunur. Əhval-ruhiyyənin tez-tez kəskin dəyişməsi də endokrin sistemində mümkün problem haqqında xəbərdarlıq edir, bu xanımlarda özünü daha qabarıq göstərir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

"Zamanın qapısı"

Redaktor seçimi

SON XƏBƏRLƏR