Slimfit
  1. İDMAN

"Qalatasaray" yenidən Arda Turanı transfer edəcək?

"Qalatasaray" yenidən Arda Turanı transfer edəcək?
Sakura

"Qalatasaray" yenidən Arda Turanı transfer edəcək?

Türkiyə Super Liqasında mövsümü çempion kimi tamamlayan "Qalatasaray" transfer çalışmalarını davam etdirir, SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Şener Özbayraklını tibbi yoxlamadan keçirən "cim-bom", Babellə də razılıq əldə edib. "Qalatasaray"ın son bombası isə Arda Turandır. "Sarı-qırmızılar" İspaniya mediasında çıxan xəbərlərin ardından Ardaya sürpriz təklif ediblər. Futbolçunun da keçmiş klubuna dönmək istədiyi bildirilir. "Spor" qəzetinin yazdığına görə, Transferin gerçəkləşməsinə yeganə maneə "Barselona"dakı sərbəst qalma məbləğidir. Klubun futbolçunu bu məbləği özü ödəyəcəyi halda heyətinə qatacağı gözlənilir.

Ardanın hazırda icarə əsasında çıxış etdiyi "Başakşəhər"in keçidə əngəl olmayacağı, transferdən isə hissə gözlədiyi qeyd olunur.

Qeyd edək ki, 32 yaşlı futbolçunun "Barselona" ilə müqaviləsi 2020-ci ildə başa çatacaq.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Norveçdə körpü

Redaktor seçimi

SON XƏBƏRLƏR