Slimfit
  1. İDMAN

"Qalatasaray" səfərdə sevindi

"Qalatasaray" səfərdə sevindi
Sakura

"Qalatasaray" səfərdə sevindi

Türkiyə Superliqasında 19-cu turun görüşləri davam edir.

Qol.az-ın məlumatına görə, ikinci oyun günündə 2 qarşılaşma keçirilib. Günün ilk matçında "Bursaspor" və "Kayserispor" komandaları üz-üzə gəliblər. Oyunda qalib müəyyənləşməyib - 1:1.

 


Günün ikinci oyununda isə "Qalatasaray" səfərdə "Göztəpə"nin qonağı olub. Görüşün taleyini 1 qoll həll edib. Sinan Gümüşün 79-cu dəqiqədə vurduğu qol İstanbul klubuna qələbə qazandırıb.

Qeyd edək ki, "Qalatasaray" bu nəticədən sonra xallarının sayını 35-ə yüksəldərək, lider "Başakşəhər"ə yaxınlaşıb. "Sarı-qırmızılılar"dan 1 oyun az keçirən Abdullah Avcının komandasının hazırda 38 xalı var. Üçüncü pillədə isə 32 xalla "Yeni Malatyaspor" qərarlaşıb.


Türkiyə Superliqası, 19-cu tur

19-cu tur

26 yanvar

"Kayserispor" - "Bursaspor" - 1:1
Qollar:
Y. Ərdoğan, 30 (0:1), K. Sapunaru, 48 (1:1)

"Göztəpə" - "Qalatasaray" - 0:1
Qol:
Sinan Gümüş, 72


27 yanvar

"Rizəspor" - "Akhisar"

"Konyaspor" - "Antalyaspor"

"Sivasspor" - "Trabzonspor"


28 yanvar

"Fənərbaxça" - "Yeni Malatyaspor"

"Başakşəhər" - "Kasımpaşa"

"Ankaragücü" - "Alanyaspor"


25 yanvar

"Beşiktaş" - "Ərzurumspor" - 1:1

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş ilk 11 nəfərdən biri rus əsilli Yuri Petroviç Kovalyovdur.

Redaktor seçimi

SON XƏBƏRLƏR