Slimfit
  1. İDMAN

"Qalatasaray" "Neftçi" ilə oyun öncəsi ciddi problemlərlə üzləşib

"Qalatasaray" "Neftçi" ilə oyun öncəsi ciddi problemlərlə üzləşib
Sakura

"Qalatasaray" "Neftçi" ilə oyun öncəsi ciddi problemlərlə üzləşib

"Neftçi"nin UEFA Avropa Liqasının II təsnifat mərhələsindəki rəqibi olan Türkiyə "Qalatasaray"ının hazırkı durumu narahatlığa səbəb olub.

Ens.az "Report"-a istinadən xəbər verir ki, komandanın sürətli oyun sərgiləməməsi, müdafiə və yarımmüdafiə xəttindəki problemlər məşqçilər korpusunu düşündürür.

Komandanın müdafiəçisi Kristian Luyindama tam hazır deyil. Konqolu futbolçunun "Hatayspor"la yoxlama matçındakı (1:1) çıxışı baş məşqçi Fatih Terimi razı salmayıb. Digər mərkəz müdafiəçisi Markao da etimadı doğrultmadığından arxa xəttdə ciddi çatışmazlıq nəzərə çarpır. Müdafiənin cinahlarında da vəziyyət eynidir.

Orta xətdə Arda Turan və Taylan Antalyalının fəallığı və istəyi müsbət hal kimi dəyərləndirilsə də, bunun çempionat üçün kifayət edib-etməyəcəyi bilinmir.

Məşqçilər heyətini narahat edən digər məsələ isə yarımmüdafiəçilər Sofyan Fequli və Yunes Belhanda ilə hücumçu Radamel Falkaonun hazır olmamasıdır.

Qeyd edək ki, sentyabrın 17-də "Bakcell Arena"da keçiriləcək "Neftçi" - "Qalatasaray" oyunu saat 20:00-da başlayacaq.

 
 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı milyonçusu Musa Nağıyev öz dostları ilə. Qeyd edək ki, Azərbaycana ilk avtomobili məşhur xeyriyyəçi, mesenat Hacı Zeynalabdin Tağıyev, daha sonra isə Rotşildlər gətirmişdi.

Redaktor seçimi

SON XƏBƏRLƏR