Slimfit
  1. MARAQLI

Qadınları cavanlaşdıran meyvələr

Qadınları cavanlaşdıran meyvələr
Sakura

Qadınları cavanlaşdıran meyvələr

İlk növbədə bədənimizin başlıca düşməni olan xolestrol heç bir meyvədə yoxdur! Meyvələrdə təbii şəkər var, nə qədər çox meyvə yesək, beynimizdəki sinir hüceyrələri o qədər inkişaf edər, və yaddaşımızı gücləndirər! Meyvələr mükəmməl lif qaynağıdır! Meyvələr vitamin və mineral baxımından çox zəngindir! Az kalorili olduğu üçün kökəltmir! (Ancaq kalorisi nisbətən yüksək olan əncir, banan və üzümdən çox yemək olmaz) Meyvələri ac qarına yemək həzm prossesini asanlaşdırır!

Gilas
Güclü bir ağrı kəsicidir. Xolestrol və qan şəkərini azaldır, bədəndəki zəhəri təmizləyir. Qəbzliyi aradan qaldırır. Nikotinin vücuddan atılmasına kömək edir. Böyrəkləri daş və qum yığılmasından qoruyur, qum varsa, zamanla tökər. Öd kisəsi daşının tökülməsinə həmçinin, üzdə olan sızanaqların təmizlənməsinə kömək edir. (100 gr. gilas = 70 kalori)

Üzüm
Böyrəklərin işləməsini asanlaşdırıb, ürək döyüntülərini tənzimləyir. Qaraciyəri təmizləyir. Qara üzüm, qabığı və tumları ilə yeyilərsə, hüceyrə yeniləyicidir. Həzm prossesini asanlaşdırır, qan azlığını tənzimləyir. Uşaqların inkişafı üçün çox faydalıdır. Ancaq kalorisi yüksək olan üzümün bir gündə 15-20 ədəddən çox yeyilməməsi məsləhətdir. (100 gr. üzüm = 65 kalori)

Şaftalı
Ürək narahatlıqlarına və xərçəngə qarşı qoruyucudur. Həzm sisteminin düzgün işləməyinə kömək edər, həzmi asanlaşdırır. Böyrəklərin və öd kisəsinin problemsiz işləməsinə yardım edir. Böyrək daşı sökücüdür. (1 ədəd orta şaftalı = 42 kalori)

Ərik

Qan bərpaedicidir, qan azlığına xeyirlidir. Gözəl bir cild və saç üçün yaxşı təsiri var. Xüsusilə ağciyər xərçənginin qarşısının alınmasına kömək edir. Ürək xəstəliklərinə xeyirlidir. Sümük əyilməsinin qarşısını alır. Əsəbləri sakitləşdirib, yuxu gətiricidir. Qəbzlik üçün və həzm sistemində problem yaşayanlar üçün faydalıdır. Səhərlər ac qarına yeyilən ərik qurusu (qaysı) həzm baxımından faydalı olmaqla yanaşı cildə də canlı rəng verər. (1 ədəd ərik = 15 kalori)

Əncir
Bağırsaqları hərəkət gətirir. Enerji verir. Cinsəl gücə yardım edir. Yüksək qan təzyiqini azaldır. Sümük möhkəmliyini artırır. (1 ədəd orta əncir = 37 kalori)

Ananas
Bakteriya və parazitlərlə mübarizədə faydalıdır. Həzmi asanlaşdırır. İltihablanma riskini azaltmaqda və yaraların tezliklə sağalmasında təsirlidir. (1 qalın dilim ananas = 43 kalori)

Alma
Qanı və böyrəkləri təmizləyir. Cildə parlaqlıq və gözəllik verir. Soyuqdəyməyə və öskürəyə xeyirlidir. Xolsetrolu azaldır. Həzm sistemindəki narahatlığa kömək edir. Baş ağrısına xeyirlidir. Yüksək təzyiqi salır. Qandakı şəkəri nəzarətdə saxlayır. Revmatizmaya kömək edir. Yuxusuzluğa yaxşıdır. Bağırsaqlardakı qurdların tökülməsinə kömək edir. (1 ədəd balaca alma = 63 kalori)

Kivi

Kivi bütünlüklə C vitamini mənbəyidir, bir ədəd kividə bir günlük alınması lazım olan C vitamini ehtiyacından daha çoxu var. Qandakı şəkərin nəzarətdə saxlanması üçün yararlıdır. Xərçəngin yaranmasına mane olur. Qan təmizləyici xüsusiyyətiylə qan laxtalanması riskini əhəmiyyətli bir şəkildə salmaqda və qanınızdakı yağ miqdarını azaltmaqdadır. (1 ədəd kivi = 46 kalori)

Banan
Ürəyə və əzələ sisteminə yararlıdır. Yorğunluğu aradan qaldırır. Yüksək təzyiqin qarşısını alır. Yuxuyu rejimə salır. Mədə xorasının qarşısını alır və onların müalicəsinə kömək edir. Xolestrolu azaldır və mədə ağrısına faydalıdır. Böyrəkdəki iltihablanmada müalicə edici özəlliyə sahibdir. (1 ədəd banan = 105 kalori)

Albalı
Şəkər nisbəti gilasınkından aşağı olduğu üçün daha az kalorilidir. Qızdırmanı salır, susuzluğu keçirir. Tünd rəngli albalı açıq rəngli olanlara nisbətən daha çox mineral tərkiblidir. (100 gr. albal ı= 50 kalori)
Greyfurt
Soyuqdəyməyə yaxşıdır. Həzmi asanlaşdırır. Diş əti qanamasını azaldır. Xırda damarlardakı qan dövranını sürətləndirir. Mədə xərçənginə tutulmaq riskini azaldır. Təzyiqi normaya salır. Böyrəkdaşı sökücü özəlliyi vardır. Yağlı yeməkdən sonra içilən greyfurt suyu yediklərinizin ağırlığını aradan qaldırır;

Portağal
Soyuq dəyməyə və qripə yardım edir. Tərkibindəki C vitamini və turşular sayəsində öskürəyi azaldır. Ürək xəstəliklərindən və iflicdən qoruyur. Bədənin əzik və göyərmiş yerlərinin daha tez sağalmasına kömək edir. Mədə xərçənginin qarşısını alır. Təzyiqi normallaşdırır. İçindəki minerallar cildin quruyub, qırışmasının qarşısını alır. Bağırsaq qazını təmizlər, bağırsaq qurdunun tökülməsinə xeyirlidir. Qaraciyərin davamlı və düzgün işləməsini tənzimləyir. Öd sekresiyasını artırar. (1 ədəd portağal = 60 kalori)

Çiyələk
Strese xeyr edir, sakitləşdirici təsiri vardır. Siqaret tüstüsün təsirini azaldır.Siqaret çəkilən bir otaqdaykən gün boyunca ağıza ən az 2 çiyələk atılması məsləhətdir. Uşaq iflici və ağız-dəri yaralarına yol açan virusları öldürücü təsiri vardır. Xərçəngə tutulmaq riskini azaldır. Mədə və bağırsaq zəifliklərini aradan qaldırır. Öd kisəsi xəstəliklərinə xeyirlidir. Yüksək qızdırmanı salır. Dişlərə və diş ətinə yaxşıdır, dişdə karieslərin yaranmasının qarşısını alır. Cildə canlılıq verir. (100 gr. Çiyələk = 30 kalori)

Armud
Ürək-damar sağlamlığı, aşağı qan təzyiqi və fiziki performansa xeyirli olan vitaminləri saxlayar. Yüksək təzyiqi olanlar və böyrəklərində problem yaşayanlar üçün faydalıdır. Qansızlığa və qəbizliyə yaxşı təsir göstərir. (1 ədəd kiçik armud = 82 kalori)

Yemiş
Qanı təmizləyir. Zərərli maddələrdən qoruma xüsusiyyəti vardır. Yuxusuzluğu aradan qaldırır. Bağırsaq və dəri xərçənginə qarşı Amerikan Xərçəng xəstəliyi Birliyi tərəfindən tövsiyə edilib. (100 gr. yemiş = 26 kalori)
Sadaladığımız meyvələr sağlamlığımıza faydalı olduğu kimi, eyni zamanda insanı gəncləşdirir və gözəlləşdirir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Payız meşəsinin mozaikası

Redaktor seçimi

SON XƏBƏRLƏR