Slimfit
  1. QADINLAR ÜÇÜN

Qadınlar üçün: özqiymətləndirməni necə yüksəltmək olar?

Qadınlar üçün: özqiymətləndirməni necə yüksəltmək olar?
Sakura

Qadınlar üçün: özqiymətləndirməni necə yüksəltmək olar?

Çox tez-tez insanlar özqiymətləndirmənin aşağı olmasından əziyyət çəkirlər. Əslində, onlar başqalarından heç nə ilə fərqlənmirlər, problemləri özlərini düzgün qiymətləndirməməklə bağlıdır. Ancaq vəziyyəti düzəltmək həmişə mümkündür. Ens.az saytının təqdim edəcəyi bu məqalə özqiymətləndirmənin nə olduğu və cəmiyyətin tamhüquqlu üzvünə çevrilmək barədədir.

Beləliklə, özqiymətləndirmə nədir?

Özqiymətləndirmə - özümüzü necə qəbul etməyimiz, üstünlüklərimizi və çatışmazlıqlarımızı necə qiymətləndirməyimizdir. Təəssüf ki, bəzi adamlar bu problemi, özünü dəyərləndirmə ən aşağı həddə düşdükdə qəbul edirlər. Belə xüsusiyyətlə yaşamaq çox çətindir, cəmiyyət içində olmaq isə cəhənnəm əzabı kimidir. Bizə elə gəlir ki, hamı gözünü bizə zilləyib, bizi çirkin hesab edirlər - bütün bunlar inanılmaz diskomfort və evə qaçıb yorğanın altına girmək hissi yaradır. Belə problem əsasən gənc yaşlarda meydana çıxır. Əgər bir adam ünsiyyət zamani fiaskoya uğrayıbsa, öz təcrübəsini təkrar etməkdən çəkinəcək. Belə adamlar tez - tez qorxurlar ki onları pərt edəcəklər və lağa qoyacaqlar. Əgər bir insanın özqiymətləndirməsi aşağıdırsa, vəziyyəti dəyişməyə başlamaq zəruridir. Bunu ləngitmək olmaz. Əks halda bu cür düşüncə və özünü dəyərləndirmə daimi hal ala bilər. Həm də sonra bunun öhdəsindən gəlmək qat-qat çətin olur. Nəzərə alsaq ki, reallıqda daimi olaraq hansısa sığınacaqda oturmaq mümkün deyil, adamı gözəgörünməz edən xalat da yoxdur, dünyada bizdən başqa da xeyli insanlar var, biz özümüzü olduğumuz kimi sevməyi və qəbul etməyi öyrənməliyik. Aşağı özqiymətləndirmə üzərində qələbə çalmaq üçün sizə kömək edəcəyinə ümid etdiyimiz bir neçə məsləhəti çatdırmaq istəyirik.

Özünüzü başqaları ilə müqayisə etməyin

Sadəcə anlayin ki hər bir şəxs xüsusidir, buna görə özünü başqaları ilə müqayisə etmək - axmaqlıqdır. Xarici görünüşün və həyatın dəqiq ölçüləri yoxdur. Onda necə müəyyən edirsiniz ki nə yaxşı nə isə.pisdir? Özünüzün fərdi olduğunuzu, özünüzə görə gözəl və uğurlu olduğunuzu beyninizə yeridin. İnsanların görünüşünə heyran olmaq olar, özünüz ilə müqayisə etmək yox. Başqasının uğuru isə motivasiya ( "o bacarıb mən də bacaracam") etməlidir, həsəd aparmağınıza səbəb olmamalıdır.

Narahat olmayın ki sizin haqqınızda nə düşünəcəklər

Siz hamını razı sala bilməzsiniz, buna, borclu da deyilsiniz. Əgər kimdəsə simpatiya hissi doğurmursunuzsa, bu o demək deyil ki, özünüzə də xoş gəlməməlisiniz. İnanın ki, normal adamlar heç zaman sizə lağ etməyəcək və barmaqla göstərməyəcəklər. Başqalarının rəyindən asılı olmaq - həbsdə olmaqdır. Özünüzü ordan azad edin və rahat yaşayın.

Çatışmazlıqlarınızı ya düzəldin ya da qəbul edin

Təəssüf ki heç kim ideal deyil və ola da bilməz. Ancaq bu o demək deyil ki, özünü təkmilləşdirməyi unutmaq lazımdır. Artıq çəkiniz var? Səhərlər qaçmağa başlayın və ya idman zalına yazılın. Dərinizdə ləkələr var? Kasmetoloqa müraciət edin. Problemlərin çoxu həll olunandır, amma nədənsə çoxları onlara görə göz yaşı tökür və hec nəyi dəyişdirmir.

Özünüzə qulluq edin

Özünüzə yeni kasmetika alın, alış- verişə gedin, özünüzə hədiyyə edin.

Qorxduğunuz şeyləri edin

Aşağı özqiymətləndirmə hətta ən sadə şeyləri etməyə mane olur. İmicinizi dəyişin, özünüzə dostlar tapın, idmanla məşğul olun. Əl- qolunuzu bağlayan zəncirləri açın.

Bəsdir uğursuzluqlardan qorxdunuz

Nəsə alınmadı? Pis olmağa dəyməz, gülümsəyin özünüzə "hər halda yaxşı bir təcrübə oldu" deyin və davam edin.

Gülümsəyin

Təbəssüm pozitivliyə köklənməkdir - müvəffəqiyyətin təməlidir.

Mənbə: www.zhenskoeschastie.com

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Süleyman Rüstəmin bacısı yazıçı Cəlal Bərgüşadın həyat yoldaşı idi.

Redaktor seçimi

SON XƏBƏRLƏR