Slimfit
  1. İDMAN

Qadın güləşçilərimizin Avropa çempionatında ilk rəqibləri müəyyənləşib

Qadın güləşçilərimizin Avropa çempionatında ilk rəqibləri müəyyənləşib
Sakura

Qadın güləşçilərimizin Avropa çempionatında ilk rəqibləri müəyyənləşib

İtaliyanın paytaxtı Romada güləş üzrə Avropa çempionatı davam edir.

Trend Azərbaycan Güləş Federasiyasına istinadən xəbər verir ki, fevralın 12-də qadın güləşçilər mübarizəyə qoşulacaqlar. Püşkatma mərasimində yığmamızın üzvlərinin ilk rəqibləri müəyyənləşib.

Güləşçilərimizdən Türkan Nəsirova (50 kq) rumıniyalı Emiliya Alina Vuk, Tatyana Varansova (53 kq) İspaniya təmsilçisi Marina Rueda Flores, Alyona Kolesnik (57 kq) norveçli Qreys Cekob Bullen, Elmira Qəmbərova (59 kq) ukraynalı Angelina Lisak, Tatyana Omelçenko (62 kq) İtaliya idmançısı Aurora Kampaqna, Elis Manolova (65 kq) finlandiyalı Petra Olli, İrina Netreba (68 kq) Ukrayna təmsilçisi Alla Çerkasova və Səbirə Əliyeva (76 kq) Yunanıstan güləşçisi Aykaterini Pitsiava ilə qarşılaşacaqlar.

 

Qeyd edək ki, Azərbaycanın yunan-Roma güləşçilərindən Sənan Süleymanov (77 kq) qızıl, Eldəniz Əzizli (55 kq) və İslam Abbasov (87 kq) bürünc medal qazanıblar.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncə 19-cu əsrdə. Nizami küçəsi 4-cü döngədəki evlərdən biri.

Redaktor seçimi

SON XƏBƏRLƏR