Dərc edildi: Baxış sayı: 379
Qadın güləşçilərimiz Fransadan 3 medalla döndü
Azərbaycanın qadın güləşi üzrə milli komandası Fransanın Nitsa şəhərində keçirilmiş Qran-pridə 3 medal qazanıb.
Femida.az-ın məlumatına görə, Alyona Kolesnik (57 kq) və İrina Netreba (65 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Səbirə Əliyeva (76 kq) isə 3-cü yeri tutub.
10-a yaxın ölkənin təmsil olunduğu yarışda Azərbaycan yığması baş məşqçi Aslan Ağayev və məşqçi Rövşən Umudovun rəhbərliyi altında çıxış edib.
Qeyd edək ki, "Qran-pri"də III dərəcəli beynəlxalq hakim Bəşir İsazadə də ölkəni təmsil edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət