Slimfit
  1. ELM

Qadın beyni kişi beynindən aktivdir?

Qadın beyni kişi beynindən aktivdir?
Sakura

Qadın beyni kişi beynindən aktivdir?

Neurosceptic bloqu qadın beyninin yüksək “aktivliyinin” əslində nə olduğunu izah edir.

Journal of Alzheimer’s Disease jurnalında dərc olunmuş, neyrobiloq Daniel Amenin rəhbərliyi altında hazırlanmış iş səs-küyə səbəb olub. Məqalədə böyük və ağır iş izah olunur: alimlər Amen Clinics-də 26 kişi və qadının beyninin skan nəticələri müqayisə etdilər.

Bit fotonlu emission kompüter tomoqrafiyası metodu ilə skan etdilər; həkim Amin bu metodun azarkeşidir, onun şəxsi klinikalar şəbəkəsində çox geniş şəkildə istifadə olunur. Bu metod həmçinin beynin müəyyən hissəsindən keçən qanın həcmini ölçməyə imkan verir.

Amen və həmkarları təyin etdilər ki, qan axını qadında kişinin beynindəki qan axınından güclüdür və bu insan rahat olanda, fikrini cəmləşdirməyəndə, ağır zehni iş vaxtında da eyni olaraq qalır. Göstəricilər arasında fərq böyük deyil, lakin yenə də var, bu fərq də cinsdən asılıdır. Həmçinin sağlam insanların çəkilişləri göstərdi ki, bu insanlarda eyni fərq daha çoxdur.

Lakin Amen və onun həmkarlarının araşdırması bunun neyronların aktivliyinə təsini barədə heç nə demir. Bizim bildiyimiz ancaq kişi və qadınların beyninin müxtəlif hissələrindən müəyyən vaxt vahidində keçən qanın miqdarıdır. Bu göstərici sinir hüceyrələrinin aktivliyi ilə birbaşa bağlı ola bilər, neyron çoxlu enerji itirir və onu qandan almalıdır – lakin özlüyündə güclü qan axını neyronların zəif və ya güclü aktivliyindən xəbər vermir.

 

Müəllif: Famil Ələkbərov

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsan bütün həyatı boyu orta hesabla 100.000km qət edir

Redaktor seçimi

SON XƏBƏRLƏR