Dərc edildi: Baxış sayı: 444
Qadın 7 illik ərini internetdə 18 avroya satışa çıxardı
7 illik həyat yoldaşından bezən qadın hərrac yolu ilə ərini “eBay” internet portalında satışa çıxarıb.
“Ölkə.Az” xəbər verir ki, qadın “18 avro, dəyişmək olmaz, qiymətdə razılaşarıq” cümləsini qeyd edib.
Hadisə Almaniyanın Hamburq şəhərində baş verib. “eBay”da “Dorte L” istifadəçi adından istifadə edən qadın elan verərək 7 illik ərindən bezdiyini və artıq ona aid olmadığını hiss etdiyini yazıb. “İstifadə edilmiş ər” başlığı ilə elan verən qadın açıqlama hissəsində “Miladın ilk iki günü bir-birimizə aid olmadığımızı hiss etdim. Ərimdən vaz keçmək istəyirəm. Qiymətdə razılaşmaq olar. Amma dəyişdirmək olmaz” yazıb.
Hikmət Həsənov
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət