Slimfit
  1. İQTİSADİYYAT

“Qadağa qoyula bilər” - Rusiya, Çin və Türkiyənin dollar planı bizə necə təsir edəcək?

“Qadağa qoyula bilər” - Rusiya, Çin və Türkiyənin dollar planı bizə necə təsir edəcək?
Sakura

“Qadağa qoyula bilər” - Rusiya, Çin və Türkiyənin dollar planı bizə necə təsir edəcək?

Ümumdünya Qızıl Şurası (WGC) ilin 3-cü rübündə ən çox qızıl alan ölkələrin siyahısını hazırlayıb. Həmin siyahıya Türkiyə başçılıq edir. Türkiyə Mərkəzi Bankı 3-cü rübdə 71,4 ton qızılla dünya miqyasında ən çox qızıl alan bank olub. 2-ci yerdə Rusiya, 3-cü pillədə isə Çin qərarlaşıb.

Rusiya da eyni dövrdə qızıl ehtiyatını artıran ölkələr arasında ön sıralarda yer alıb. Bu ölkə, ümumilikdə, qızıl ehtiyatını 34,9 ton artıraraq 241,9 tona çıxarıb. Bir müddətdir ki, ehtiyatlarını çeşidlendirmək məqsədilə dollar ehtiyatını azaldan Rusiya Mərkəzi Bankının qızıl ehtiyatlarının ümumi ehtiyatdakı payı 20%-ə çatıb. Bankın qızıl ehtiyatı dollarla 100 milyard həcmindədir. Qeyd olunur ki, sözügedən ölkələr bununla dolların bazar iqtisadiyyatındakı hegemoniyasına son qoymağa çalışır.

Maraqlıdır, həmin 3 ölkə bununla dolların gücünü zəiflədə biləcəklər? Məsələ ilə bağlı “Yeni Sabah”a açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərli ilə əlaqə saxladıq. O qeyd edib ki, dolların dünya iqtisadiyyatında rolunun azaldılmasının mümkünlüyü yaxın gələcəkdə görülmür.

“Dollarla bağlı son 70 ildə müxtəlif versiyalar, sözlər səsləndirilir. Amma bunların həyata keçirilməsi üçün ciddi bir əsas yaranmır. Dünyada dolların hegemonluğu bir çox amillərdən asılıdır. Birinci amil odur ki, Amerika Birləşmiş Ştatlarının iqtisadiyyatı dünya iqtisadiyyatının az qala 14-ni əhatə edir. Amerika iqtisadiyyatı dolların gücünün dünyaya miqyasına yayılmasında əsas rol oynayan faktorlardan biridir. 

İkincisi isə məzənnə dəyişiklikləridir. Bu dəyişikliklərdən sığortalanmaq üçün dünya ticarətinin 70 faizinə yaxını dollar üzərindən aparılır. Bu da iş adamlarına məzənnə itkisinin qarşısını almaq üçün kömək olur. ABŞ dollarının 34-ü Amerikada deyil. Təxminən hər 4 dollardan biri Amerikadadır. Yerdə qalanı isə bütün dünya ölkələrinə səpələnib. Bu da dolların dünya iqtisadiyyatında rolunun artırmağa səbəb olub. 

Dünya ölkələrinin yığımlarının təqribən 72 faizi dollarladır. Buna görə də dollar iqtisadiyyatında qısa zaman ərzində dollara xələl gəlməsi və yaxud da onun hegemonluğuna zərər gəlməsi mümkün görünmür. Bu saydığımız üç ölkənin üçünün də Amerika ilə bağlı ciddi problemləri və müəyyən sanksiya rejimləri var. Bu qızılların alınması da sanksiyaların getdikcə sərtləşməsi fonunda əgər belə bir hadisə baş verərsə, dünya ticarətində pul köçürmələrinə də ola bilsin ki, qadağalar qoyulsun. Rusiyaya qarşı artıq belə qadağalar var. Həmin zaman dollardan istifadə etməyi düşündüklərinə görə qızlı ehtiyyatını artırırlar”. 

Azərbaycanın bu proseslərə heç bir aidiyyatı olmadığını vurğulayan ekspert dünya ticarətinə də bunun təsir etməyəcəyini bilidirib: 

“Çünki Azərbaycanın iqtisadiyyatının 91 faizi neft və neft məhsullarından asılıdır. Bunlar da “Futures” müqavilələri ilə satılır ki, bu müqavilələr də uzun müddətli, ən azı 2-3 aylıq bağlanılır. Bu müqavilələr dollar üzərindən bağlanılır. Azərbaycan bir anlıq dollardan imtina etmək istəsə belə, o dollardan imtina edə bilməz. 

4 il bundan öncə Çinlə Rusiya ABŞ-a qarşı müqavilə bağladılar ki, qarşılıqlı ticarətdə dollardan imtina etsinlər. 4 il keçməsinə baxmayaraq, burada heç bir uğur əldə olunmayıb. Çünki dolların həcmi azaldı, amma əvəzində avronun həcmi artdı. Yəni rubla və ya yuana keçmək mümkün olmadı. Çünki məzənnə çox tez-tez dəyişir. Rublun və yuanın da məzənnəsi oynaqdır. Türk lirəsindən isə ümumiliyyətlə danışılası deyil. Lirə dünyada ən çox eniş-çıxışı olan valyutalardan biridir”. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1987

Redaktor seçimi

SON XƏBƏRLƏR