Slimfit
  1. DÜNYA

Qacetlərin uşaqların inkişafına vurduğu ziyan – Psixoloq tövsiyəsi

Qacetlərin uşaqların inkişafına vurduğu ziyan – Psixoloq tövsiyəsi
Sakura

Qacetlərin uşaqların inkişafına vurduğu ziyan – Psixoloq tövsiyəsi

Uşağın normal inkişafının qarşısını almamaq, onun yaradıcı, tədqiqatçı bacarıqlarını inkişaf etdirmək üçün, mütəxəssislər körpələri smartfon və planşetlərin istifadəsindən uzaq tutmağı tövsiyə edir.

Bu haqda “Ria Novosti” agentliyi xəbər verir.

Psixologiya elmləri namizədi, Moskva Dövlət Psixoloji-Pedaqoji Universitetinin dosenti Yelena Abdullayeva hesab edir ki, balacalara oyun qaceti vermək, onları yırtıcının dişləri arasına təslim etməyə bərabərdir. Belə ki, elektron cihazın ekranı diqqəti həddindən artıq idarə edir və oraya böyük enerji sərf olunur. Təsadüfi deyil ki, 20 il əvvəl həkimlər tərəfindən “ekran asılılığı” diaqnozu ortaya çıxıb. 

Mütəxəssis hesab edir ki, qacetin oyun əşyası kimi deyil, texniki qurğu kimi mənimsənilməsi şüurlu yaş dövrünə təsadüf etməlidir. Bundan başqa, payız yarpaqlarını toplamaq, tort hazırlamaq və ya münasibətlər qurmaq kimi real həyatda edilə bilənləri qacetlər vasitəsilə etməyə çalışmaq lazım deyil. Bunlar ekran vasitəsilə yox, “ruh və hissiyyat orqanları səviyyəsində” dərk edilib həyata keçirilməlidir.

Yelena Abdullayeva Silikon vadisinin İT mütəxəssislərinin öz uşaqlarına qacetlərlə təmasa icazə verməməsinə diqqət çəkərək, uşaqlarını ibtidai təhsildə əl əməyi və sənətlə məşğul olmağa yönəltdiklərini xatırladır. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yunanıstanın ikinci böyük şəhəri olan Saloniki 1997-ci ildə Avropa mədəniyyət paytaxtı seçilmişdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR