Slimfit
  1. TƏHSİL VƏ KARYERA

Qabiliyyət imtahanlarında dəyişiklik

Qabiliyyət imtahanlarında dəyişiklik
Sakura

Qabiliyyət imtahanlarında dəyişiklik

2019-2020-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsi üzrə V qrupun dizayn ixtisasına qəbulla bağlı qabiliyyət imtahanlarında dəyişiklik edilib.

Dövlət İmtahan Mərkəzindən “Qafqazinfo”ya verilən məlumata görə, 2019-cu ildən etibarən dizayn ixtisası yalnız “Təsviri sənət” istiqamətində olacaq. Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən bu ixtisas üzrə Qabiliyyət İmtahanı Komissiyaları Bakıda və Gəncədə təşkil olunacaq.

Komissiyalar üzrə qabiliyyət imtahanı 2 fənn üzrə keçiriləcək:

- rəsm

- rəsmxət və ya kompozisiya

Qabiliyyət imtahanının yekun nəticəsi “məqbul”la qiymətləndirilir. Hər bir fənn üzrə abituriyentin tapşırığı 10 ballıq qiymətləndirmə şkalası ilə qiymətləndirilir. 5 və daha yüksək bal müsbət qiymət hesab edilir. Fənlər üzrə toplanılmış ballar əsasında orta qiymət hesablanır. Qabiliyyət imtahanından yekun olaraq "məqbul" almaq üçün abituriyentin orta qiyməti 7 və daha çox olmalıdır. Rəsm imtahanından müsbət qiymət ala bilməyən abituriyent 2-ci imtahana buraxılmır.

Əlavə məlumatı bu linkdən ala bilərsiz.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəhər əhalisi öldürülən azərbaycanlıların yanında. Bakı, 1918-ci il. 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı Soveti və Erməni Daşnak Partiyasından olan silahlı dəstələr tərəfindən 12

Redaktor seçimi

SON XƏBƏRLƏR