Putinlə Makronun telefon danışığının detalları bəlli oldu
Rusiya Prezidenti Vladimir Putinlə Fransa Prezidenti Emmanuel Makron arasında baş tutan telefon danışığının detalları bəlli olub.
Axar.az xəbər verir ki, Kremlin mətbuat xidməti Putinin həmkarına Soçidə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla keçirilən görüş barədə məlumat verdiyini açıqlayıb.
Bundan başqa, Soçidə imzalanan memorandumun bütün tərəflərin maraqlarına uyğun olduğu və Suriyanın suverelenliyinə, ərazi bütövlüyününun bərpasına töhfə verdiyi bildirilib.
Makron Putinlə telefon danışığı zamanı Türkiyə ilə Rusiyanın Suriya məsələsində əldə etdiyi razlaşmaların təqdirəlayiq olduğunu bildirib.
Həmçinin liderlər Suriya Konstitusiya Komitəsinin ilk iclasının konstruktiv və məhsuldar olacağına ümid etdikləri də bildiriblər.
Qeyd edək ki, Rusiya lideri Vladimir Putinlə Fransa Prezidenti Emmanuel Makron arasında bir neçə gün öncə telefon danışığı olub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət