Slimfit
  1. DÜNYA

Putinlə Makronun telefon danışığının detalları bəlli oldu

Putinlə Makronun telefon danışığının detalları bəlli oldu
Sakura

Putinlə Makronun telefon danışığının detalları bəlli oldu

Rusiya Prezidenti Vladimir Putinlə Fransa Prezidenti Emmanuel Makron arasında baş tutan telefon danışığının detalları bəlli olub.

Axar.az xəbər verir ki, bu barədə məlumat yayan Kremlin mətbuat xidməti bildirib ki, Putin həmkarına Soçidə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla keçirilən görüş barədə məlumat verib.

Bundan başqa, Soçidə imzalanan memorandumun bütün tərəflərin maraqlarına uyğun olduğu və Suriyanın suverelenliyinə, ərazi bütövlüyününun bərpasına töhfə verdiyi bildirilib.

Kremlin mətbuta xidməti onu da qeyd edib ki, Makron Putinlə telefon danışığı zamanı Türkiyə ilə Rusiyanın Suriya məsələsində əldə etdiyi razlaşmalar təqdirə layiq olduğunu bildirib.

Həmçinin açıqlamada liderlərin Suriya Konstitusiya Komitəsinin ilk iclasının konstruktiv və məhsuldar olacağına ümid etdikləri də vurğulanıb.

Qeyd edək ki, Rusiya lideri Vladimir Putinlə Fransa Prezidenti Emmanuel Makron arasında bir neçə gün öncə telefon danışığı olub.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Filin ürəyinin çəkisi 30kq-dır

Redaktor seçimi

SON XƏBƏRLƏR