Dərc edildi: Baxış sayı: 480
Putinlə Lukaşenkonun qeyri-formal görüşü olacaq
Rusiya və Belarus Prezidentləri 17 iyulda qeyri-formal görüş keçirəcəklər. “Qafqazinfo”nun verdiyi xəbərə görə, bu barədə Prezident Aleksandr Lukaşenkonun Mətbuat xidmətindən bildirilib.
Belarus dövlət başçısı 17-18 iyul tarixlərində Rusiyaya işgüzar səfər edəcək.
Putin və Lukaşenko 18 iyulda Sankt-Peterburq şəhərində baş tutacaq Belarus və Rusiyanın VI Regional Forumunda plenar iclasda çıxış edəcək və rəsmi danışıqlar keçirəcəklər. Daha sonra qeyri-formal görüş də olacaq.
Danışıqların əsas mövzusu Moskva ilə Minskin ticari-iqtisadi əməkdaşlığı olacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət