Dərc edildi: Baxış sayı: 617
Putinlə görüşmək üçün rekord sayda jurnalist qeydiyyatdan keçdi
Rusiya prezidenti Vladimir Putinin dekabrın 19-da keçirəcəyi illik mətbuat konfransına qatılmaq üçün rekord sayda jurnalist akkreditasiyadan keçib.
“Qafqazinfo” xəbər verir ki, bu haqda kremlin saytında yazılıb. Bildirilir ki, jurnalistlərin sayı 1895 nəfərdir. Bundan başqa, ənənvi olaraq xeyli sayda jurnalist regional KİV-i təmsil edəcək.
Qeyd edək ki, Vladimir Putin prezident postunda olduğu 2001-ci ildən hər il böyük mətbuat konfransı keçirir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət