Dərc edildi: Baxış sayı: 495
Putinin alman dostunu Krıma dəvət etdilər
Krımın alman icması Almaniyanın keçmiş kansleri Herhard Şröderi yarımadanı ziyarət etməyə dəvət edib.
Axar.az xəbər verir ki, bu barədə Krım parlamentinin Millətlərarası Münasibətlər Komitəsinin sədri Yuri Qempel danışıb.
“Cənab Şröder hələ Krımda olmayıb, ancaq onun verdiyi bəyanatları nəzərə alsaq, düşünürəm ki, yarımadamızı ziyarət etməyə borcludur. Biz Şröderi Krıma dəvət edirik”, - Qempel bildirib.
Qeyd edək ki, Almaniyanın keçmiş kansleri Herhard Şröderlə Rusiya Prezidenti Vladimir Putin arasında yaxın dostluq əlaqələri var.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət