Slimfit
  1. DÜNYA

Putindən Zelenskiyə jest: İranın hücumu zamanı təxliyyəsinə kömək etdi

Putindən Zelenskiyə jest: İranın hücumu zamanı təxliyyəsinə kömək etdi
Sakura
:0

Putindən Zelenskiyə jest: İranın hücumu zamanı təxliyyəsinə kömək etdi

İranın ABŞ bazalarına raket hücumlarına bir neçə saat qalmış Ukrayna prezidenti Vladimir Zelenskinin istirahət etdiyi qonşu Omana Kiyevdən şəxsi təyyarə göndərilib.

Hava gəmisi Rusiya prezidentinin “kirvəsi” və “Oppoplatforma”nın rəhbəri Viktor Medvedçuka məxsus olub.

“Polit naviqator” bildirir ki, bu barədə məlumatı ukraynalı keçmiş siyasətçi, aktivist, “İşğal olunmuş ərazilər” məsələsi üzrə sabiq sədr müavini Qeorqi Tuka özünün bloqunda yazıb.

Qeyd edilib ki, “Gulfstream G650 T7-GEM” təyyarəsi Kiyevin Julyana aeroportundan çıxıb. Ukrayna ilə Oman arasında birbaşa mütəmadi aviarabitə yoxdur.

Versiyalardan birinə görə, Medvedçuk Zelenskinin potensial təhlükəli ərazidən təcili surətdə çıxarılması üçün təyyarəni yollayıb.

“Zelenskini Omandan Putinin tapşırığı ilə Medvedçuk öz təyyarəsində təxliyə edib”, - deyə Ali Radanın sabiq deputat Eduard Leonov da öz bloqunda iddia edib.

Bildirilir ki, regionda gərginliklə bağlı məlumatı Medvedçuk Moskvadan ala bilərdi. Belə ki, İranın ABŞ bazalarına hücumundan bir gün əvvəl RF müdafiə naziri Serqey Şoyqu İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Muhəmməd Baqeri və Türkiyənin Milli Kəşfiyyat Təşkilatının rəhbəri Hakan Fidanla telefon danışıqları aparmışdı.

Qeyd edək ki, ötən gecə İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-ın İraqdakı hərbi bazalarına raket hücumu edib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Ağıllı hərəkət etmək üçün təkcə ağıl azdır - Fyodor Dostoyevski

Redaktor seçimi

SON XƏBƏRLƏR