Dərc edildi: Baxış sayı: 416
Putin yenə alman dilində danışdı
Rusiya prezidenti Vladimir Putin Soçidə Almaniya biznesinin nümayəndələri ilə görüşündə alman dilində danışıb. Bu barədə "Pul №3" teleqram kanalı xəbər verib.
Belə ki, söhbət əsnasında rus dilindən alman dilinə sinxron tərcümədə problem yaşanıb. Bu zaman dövlət başçısı üzünü onlara tutaraq deyib: "Was ist los?" ("Nə baş verib?")
Qeyd edək ki, Putin bundan əvvəl də ictimai çıxışlar zamanı alman dilində danışıb. Bundan əvvəl belə hadisə may ayında yaşanmışdı. Həmin vaxt Putin Avstriya lideri Aleksandr van der Bellenin Zalsburq festivalını ziyarət etmə barədə təklifinə alman dilində cavab vermişdi.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət