Slimfit
  1. DÜNYA

Putin və Nurməhəmmədovun görüşündə maraqlı dialoq

Putin və Nurməhəmmədovun görüşündə maraqlı dialoq
Sakura

Putin və Nurməhəmmədovun görüşündə maraqlı dialoq

Rusiya Prezidenti Vladimir Putin UFC üzrə yüngül çəki dərəcəsində dünya çempionu Həbib Nurməhəmmədovla görüşüb.

TASS xəbər verir ki, görüş Mahaçqalada baş tutub.

Prezidentlə idmançı arasında maraqlı dialoq olub.

Belə ki, prezidentin sağlığını soruşan Həbibə cavab olaraq V.Putin hər şeyin qaydasında olduğunu, yaxşı formada qalmaq üçün mütəmadi idman etdiyini deyib.

Nurməhəmmədov isə öz növbəsində prezidentin ağır iş qrafikinə idmansız dözməyin çətin olacağını vurğulayıb.

Söhbət zamanı uzun səfərlərdə, xüsusilə də saat qurşağının dəyişməsi zamanı baş verən çətinlikləri də müzakirə edən Həbib və Putin yuxusuzluqdan əziyyət çəkməkləri haqqında danışıblar.

Nurməhəmmədov qeyd edib ki, idmançının uzaq səfərlər zamanı başqa ölkəyə uyğunlaşması üçün ən az bir həftə vaxt tələb olunur: “Ona görə də, belə səfərlər zamanı rəqibimizin nə vaxt gəldiyinə diqqət yetiririk. Ona əsasən qərar veririk ki, adaptasiya prosesi necə keçib”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Günəş batması - kosmosdan görünüş

Redaktor seçimi

SON XƏBƏRLƏR