Slimfit
  1. SİYASƏT

Azərbaycan XİN İrana helikopterin axtarışı ilə bağlı yardım təklif edib

Azərbaycan XİN İrana helikopterin axtarışı ilə bağlı yardım təklif edib
Sakura

Azərbaycan XİN İrana helikopterin axtarışı ilə bağlı yardım təklif edib

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) İrana helikopterin axtarışı ilə bağlı yardım təklif edib.

Ens.Az xəbər verir ki, bu barədə XİN-in "X"dəki səhifəsində paylaşım edilib.

"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, lazımi texniki vasitələrlə təchiz olunmuş 40 nəfər peşəkar xilasedicidən ibarət axtarış-xilasetmə qrupunun iki ədəd helikopterlə hər an axtarış-xilasetmə əməliyyatına qoşulmağa hazır olması dost İran İslam Respublikasının müvafiq dövlət qurumunun diqqətinə çatdırılıb", - XİN-in paylaşımında qeyd olunub.

Qeyd edək ki, mayın 19-da İran Prezidentinin olduğu helikopter sərt eniş edib. Təyyarədə həmçinin İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan və ölkənin bir sıra digər rəsmiləri də olub. Prezidentin kortejində üç helikopter olub, onlardan ikisi nazirləri və məmurları daşıyaraq təyinat yerinə salamat çatıb.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsanda doğulanda 300 sümük olur, böyüyəndə isə 206-sı qalır

Redaktor seçimi

SON XƏBƏRLƏR