Dərc edildi: Baxış sayı: 496
Putin Medvedevi bu vəzifəyə gətirəcək
Prezident Vladimir Putin Dmitri Medvedevi Rusiya Təhlükəsizlik Şurası rəhbərinin müavini vəzifəsinə təyin etməyi planlaşdırır.
“Qafqazinfo”nun “TASS” agentliyinə istinadən verdiyi xəbərə görə, dövlət başçısı bunu Nazirlər Kabineti ilə görüşdə deyib.
Məlumata görə, qısa müddətdə Baş Nazir vəzifəsinə təyinat olacaq. Baş Nazirin kim olacağı hələ məlum deyil.
Putin, həmçinin Medvedevə və komandasına yeni bir hökumət təyin olunana qədər vəzifələrini icra etməyi tapşırıb.
Qeyd edək ki, Baş Nazir Dmitri Medvedev bu gün hökumətin istefaya getdiyini açıqlayıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət