Dərc edildi: Baxış sayı: 458
Putin Krımdakı hava limanına erməni adı verdi
Rusiya lideri Vladimir Putin ölkədəki 44 beynəlxalq hava limanının adının dəyişdirilməsi haqqında fərman imzalayıb.
Moderator.az yerli mediaya istinadla xəbər verir ki, sənədin mətni hüquqi informasiya internet portalında dərc olunub.
Adı dəyişdirilənlər arasında Ukrayna Respublikasından hüquqi cəhətdən ilhaq edilmiş Krım yarımadasındakı Simferopol Beynəlxalq Hava Limanı da var. Həmin limana erməni rəssam İvan Ayvazovskinin adı verilib. Bundan başqa, Moskva hava limanlarına Sovet təyyarələri dizayneri Andrey Tupolev (Vnukovo), rus alimi Mixail Lomonosov (Domodedovo) və rus şairi Aleksandr Puşkinin (Şeremetyevo) adları verilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət