Slimfit
  1. DÜNYA

Putin İranın ali rəhbərinin məktubunu cavablandırdı

Putin İranın ali rəhbərinin məktubunu cavablandırdı
Sakura

Putin İranın ali rəhbərinin məktubunu cavablandırdı

Rusiya Federasiyasının İran İslam Respublikasındakı səfiri Levan Caqaryan İranın ali rəhbəri ayətullah Əli Xamenei ilə görüşüb.

Ens.az Report.az-a istinadən xəbər verir ki, bunu “TASS”a Rusiyanın Tehrandakı səfirliyinin mətbuat attaşesi Maksim Suslov deyib.

Onun sözlərinə görə, səfir Vladimir Putinin cavab məktubunu İranın ali rəhbərinə təqdim edib.

“Məktub ikitərəfli münasibətlərin gücləndirilməsinə, eləcə də beynəlxalq problemlərin həlli barədədir. Görüşdə həmçinin ali rəhbərin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayət də iştirak edib”.

Qeyd edək ki, İran parlamentinin sədri Məhəmmədbaqir Qalibaf Rusiyaya işgüzar səfəri zamanı İranın ali rəhbərinin məktubunu Rusiya liderinə təqdim etmişdi.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xəzər dənizinin tarixən 100-dək adı olmuşdur.

Redaktor seçimi

SON XƏBƏRLƏR