Dərc edildi: Baxış sayı: 557
Putin: İdlibdəki vəziyyət bizim birbaşa müdaxiləmizi tələb edir
Suriyanın İdlib əyalətindəki vəziyyət o dərəcədə kəskinləşib ki, bizim birbaşa müdaxiləmizi tələb edir. Trend-in məlumatına görə, bunu Rusiya Prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşü zamanı deyib. İdlibdə türkiyəli hərbçilərin həlak olması məsələsinə toxunan V.Putin o bölgədə onların olması barədə heç kimi məlumatı olmadığını deyib. Ərdoğan öz növbəsində əlavə edib ki, danışıqlar İdlibdəki vəziyyətin həllinə kömək edəcək. Qeyd edək ki, hazırda Moskvada V.Putinlə R.T.Ərdoğanın görüşü keçirilir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət