Dərc edildi: Baxış sayı: 303
Putin gələn ilin əvvəlində Ərdoğanla görüşməyi planlaşdırır
Gələn ilin əvvəlində Türkiyə və Rusiya prezidentləri arasında görüş planlaşdırılır.
"Ens.az" “Report”a istinadla xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin vətəndaşlarla “birbaşa xətt”də və jurnalistlərlə geniş mətbuat konfransında deyib.
"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla daimi təmasdayıq. Mən bu yaxınlarda Türkiyəyə səfər etməyə hazır idim. Lakin türkiyəli həmkarımın iş qrafiki sıx olduğundan görüş baş tutmadı. Biz bu görüşü gələn ilin əvvəlində həyata keçirməyi planlaşdırırıq”, - o bildirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət