Dərc edildi: Baxış sayı: 249
Putin bu ölkəyə getsə, həbs olunacaq
Rusiya Prezidenti Vladimir Putin avqustda Yohannesburqda keçirilməsi planlaşdırılan BRİKS sammiti üçün Cənubi Afrikaya gələcəyi təqdirdə həmin ölkənin hökuməti onu həbs edəcək.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Putinin Cənubi Afrikaya getməyəcəyi elan etdikdən sonra bu ölkənin Ədliyyə Nazirliyi məhkəmədən xahiş edib ki, Rusiya Prezidenti ölkəyə gəldiyi istənilən vaxt həbs qərarının icrasına göstəriş verilsin.
Xatırladaq ki, bu ilin martında Beynəlxalq Cinayət Məhkəməsi Rusiya Prezidenti Vladimir Putinin həbsinə order verib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət