Slimfit
  1. DÜNYA

Putin Belarusda tutulan hərbçilərə görə Təhlükəsizlik Şurasını topladı

Putin Belarusda tutulan hərbçilərə görə Təhlükəsizlik Şurasını topladı
Sakura

Putin Belarusda tutulan hərbçilərə görə Təhlükəsizlik Şurasını topladı

Peskov: “Prezident və Təhlükəsizlik Şurasının üzvləri Rusiya vətəndaşlarının tezliklə azad ediləcəyinə ümidlidirlər”

Rusiya Prezidenti Vladimir Putin və Təhlükəsizlik Şurasının üzvləri Belarusda saxlanılan Rusiya vətəndaşlarının tezliklə azad ediləcəyinə ümidlidirlər. AYNA xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat katibi Dmitri Peskov bildirib.

“Prezidentlə Təhlükəsizlik Şurasının üzvləri arasında keçirilən videokonfransda Belarusda tutulan Rusiya vətəndaşları haqqında ətraflı söhbət getdi”, - deyən Peskov bildirib ki, 33 Rusiya vətəndaşının Belarusda əsassız tutulması müttəfiq münasibətlərinin parametrlərinə uyğun deyil. Onun sözlərinə görə, saxlanılanlar qanunsuz heç bir iş görməyiblər: “Onlar Belarusun daxili işləri ilə əlaqədar orda olmayıblar. İttihamlar əsassızdır”

Qeyd edək ki, iyulun 29-da Belarusda 33 Rusiya vətəndaşı tutulub. Rəsmi Minsk iddia edir ki, həmin şəxslər Rusiyaya məxsus özəl hərbi şirkət olan “Vaqner” hərbçiləridirlər. Belarus hökuməti hesab edir ki, muzdlu hərbçilər avqustun 9-da keçiriləcək prezident seçkiləri ərəfəsində ölkədəki vəziyyəti gərginləşdirmək məqsədilə gəliblər. Belarus Prezidenti Alexandr Lukaşenko məsələ ilə bağlı rəsmi Moskvadan izahat tələb edib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəhər əhalisi öldürülən azərbaycanlıların yanında. Bakı, 1918-ci il. 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı Soveti və Erməni Daşnak Partiyasından olan silahlı dəstələr tərəfindən 12

Redaktor seçimi

SON XƏBƏRLƏR