Putin Azərbaycanla Ermənistan arasında demarkasiya və delimitasiya proseslərinin başlamasına toxundu
"Azərbaycanla Ermənistan arasında sərhədlərin demarkasiya və delimitasiya proseslərinin başlamasını qeyd etmək çox xoşdur".
Oxu.Az-ın "Sputnik"ə istinadla verdiyi məlumata görə, bunu Rusiya Prezidenti Vladimir Putin Kazan şəhərində keçirilən XVI BRICS Sammitinin "Outreach"/"BRICS+" formatının ilk plenar iclasında çıxışında bildirib.
"Bu, sülh müqaviləsinə doğru gedən düzgün yoldur və bu gün Azərbaycan Prezidenti ilə fikir mübadiləsi apara bilməyiniz faktı tədbirimizin xeyrinədir", - deyə o bildirib.
Rusiya lideri, həmçinin, Ermənistanın Azərbaycan və regionun digər ölkələri ilə əməkdaşlığa müsbət münasibətinin Moskva üçün vacib olduğunu qeyd edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət