Putin Azərbaycan və Ermənistan liderlərinin Brüsseldə keçiriləcək görüşünə münasibət bildirdi
“Bilirəm ki, yaxın vaxtlarda sizin Brüsseldə də görüşünüz nəzərdə tutulub. Siz orada görüş keçirilməsinə razılıq vermisiniz. Biz bunu da alqışlayırıq”.
Ens.az Oxu.az-a istinadən xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin Soçidə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə keçirilən üçtərəfli görüşdə çıxışı zamanı deyib.
“Birbaşa ünsiyyət imkanı nə qədər çox olsa, bir o qədər yaxşı olacaq. Mən bu yaxınlarda Avropa İttifaqı Şurasının sədri cənab Şarl Mişellə də danışdım. O sizi gözləyir, ancaq ümid edirəm ki, biz sizinlə irəli hansısa addım atacağıq və digər platformalarda artıq növbəti addımları atmaq mümkün olacaq. Bir daha təkrar edirəm ki, biz tərəf müqabillərimizin bu məsələyə cəlb olunmasını alqışlayırıq. Əsas odur ki, bütün bunlar fayda versin”, - deyə V.Putin bildirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət