Slimfit
  1. CƏMİYYƏT

Pula görə şagird avtobusdan düşürüldü – Ekspertdən çağırış

Pula görə şagird avtobusdan düşürüldü – Ekspertdən çağırış
Sakura

Pula görə şagird avtobusdan düşürüldü – Ekspertdən çağırış

Təhsil eksperti Kamran Əsədov şagirdlərdən ictimai nəqliyyatda gediş haqqı alınmaması üçün Nazirlər Kabinetinə, Milli Məclisə, Təhsil Nazirliyinə və Bakı Nəqliyyat Agentliyinə müraciət edib.

Axar.az xəbər verir ki, K.Əsədov yeni tədris ili başlar-başlamaz şagirdlərin gediş haqqı probleminin gündəmə gəldiyini qeyd edib.

“Nazirlər Kabinetinə, Milli Məclisin deputatlarına, Təhsil Nazirliyinə, Bakı Nəqliyyat Agentliyinə orta məktəblərdə oxuyan şagirdlərin gediş haqqından azad edilməsi ilə bağlı addım atması üçün müracət edirəm. Düzdür, 5 yaşdan yuxarı uşaqlar nəqliyyat xərci ödəməlidirlər. Bu qərar Nazirlər Kabinetinin qərarında da öz əksini tapır.

Sadəcə olaraq sürücülərə tapşırın ki, məktəbli uşaqlara güzəşt etsinlər. Çünki bir ailədə bir neçə şagird təhsil alır və onlar hər gün gediş haqqı ödəyirlər”.

Ekspert bu gün şagirdlərin gediş haqqı ödənilməsi ilə bağlı xoşagəlməz hadisə ilə qarşılaşdığını qeyd edib:

“Bakı Bus”un sürücüsü ana və onunla birlikdə olan 3 övladından gediş haqqı tələb edib və əks halda avtobusu sürməyəcəyini deyib. Bəli, bu onun vəzifə borcudur. Bəs insanlıq? Ana imkanı olmadığını bildirsə də, sürücü onları avtobusdan düşürüb.

Hər bir şagird sabahın əsgəri, həkimi, müəllimidir. Gələcəyin şəxsiyyətlərinə belə davranmayın.

Ümid edirəm ki, Bakı Nəqliyyat Agentliyi və bu kimi qurumlar elə günü bu gün avtobus sürücülərinə müraciət edəcək ki, şagirdlərə gediş haqqında güzəşt edilsin”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yaşıl çay qara çaydan 50% daha çox C vitamininə malikdir

Redaktor seçimi

SON XƏBƏRLƏR