Dərc edildi: Baxış sayı: 214
Publik hüquqi şəxslərin fəaliyyəti ilə bağlı xərclər artırılır
Dövlət sifarişi ilə dövlət büdcəsinin vəsaiti hesabına zəruri təyinatlı tədbirlərin və işlərin həyata keçirilməsi üçün dövlətin adından yaradılan 52 publik hüquqi şəxsə toplam olaraq 2024-cü ilin dövlət büdcəsində 534,2 milyon manat vəsait yönəldiləcək.
"Ens.az" “Report”a istinadla xəbər verir ki, bu, Maliyyə Nazirliyinin 2024-cü ilin dövlət və icmal büdcələri üzrə layihələrin təqdimatında əksini tapıb.
Qeyd edilir ki, bu 2023-cü illə müqayisədə 89,8 milyon manat və ya 20,2 faiz çoxdur.
Artım əsasən 2023-cü ildə 3 yeni publik hüquqi şəxsin təsis olunması və dövlət sifarişi ilə bir sıra zəruri tapşırıqların sayının və maliyyə tutumunun artması ilə bağlıdır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət