Slimfit
  1. CƏMİYYƏT

Psixoloqsuz yaşamağın 17 qaydası

Psixoloqsuz yaşamağın 17 qaydası
Sakura

Psixoloqsuz yaşamağın 17 qaydası

Biz niyə intihar edirik? Niyə qərb aləmində deyil, şərqdə buna daha çox rast gəlinir? Niyə bizdə daha çox hisslər, məhəbbət fonunda və ya sosial problemlərin nəticəsində özünə qəsd hallarının sayı yüksəkdir? Çarəsizlikmi? Ya daxili Mən amili? Bütün bunlar haqqında heç düşünmüşükmü? Gəncliyində bəzən bir neçə dəfə intihara cəhd edən biri sonradan tam əksinə həyatsevər, mübariz birinə çevrilə bilər, kamilləşər, həyatda hər şey ola bilər. Hər addımda psixoloqlara, psixoloji kitab və yazılara ehtiyac olmadan necə mübarizə apara bilərik?

1) Hər şeydən öncə doyunca gülməliyik, yumor hissiylə yaşamalıyıq. Ciddi insanlar zahirən deyil, daxilən ciddi olurlar, lakin yumordan bol olurlar. Hamıya, hər zaman gülümsəməyə çalışsaq həm sevilərik, həm də ətrafımıza xoş enerji ötürmüş olarıq. (Sınamışam çox güləndə adam həm də qəşəngləşir ????)

2) Məncə, yaxşı şəkildə özümüzü sevməliyik: üzərimizdə daim çalışmalı, bunu digərləriylə də paylaşmalıyıq (vizual, bilik-bacarıq, davranış qaydaları və s.)

3) Ünsiyyət və yoldaşlıqların sayını, bağını artırmalıyıq (restoran-kafe yoldaşlıqlarından söhbət getmir, pis-yaxşı hər yerdə ətrafımız, yanımızda ola biləcək şəxslər)

4) Kimlərinsə səhvini xoş qarşılayıb, düzgün dialoqa girməyi və sivil formada onu yolundan döndərməyi bacarmalıyıq.

5) Gözəl, pozitiv nə görürüksə paylaşmalıyıq.

6) Neqativ və ya problemli məsələlərə gücümüz çata bildiyi halda müdaxilə etməli, çatmadığı haldasa yumşaq formada irad bildirməli və nifrət doğuracaq şəkildə paylaşmamalıyıq.

7) Uşaqlar və gənclərə mənən çox diqqət yetirməli, onlarla “oynamalı”yıq. Necə ki, çalışdığımız idarədə, apardığımız siyasətdə hamıyla vəziyyətə, zamana və yaşına görə “oynaya” biliriksə…

8) Diqqətdən kənar qalan, pessimist görünən dost və kolleqalarımıza qarşı daha qayğıkeş olmalıyıq, bacardıqca sürprizlər belə etməliyik.

9) Heç kəsdən heç nə gözləməməliyik, lakin arzu etməliyik. Daxili gücümüz, daxili mənə daim ümid etməliyik, ona bağlı olmalıyıq. “Arzu et və gerçəkləşdir”

10) Musiqi (depressiv hallarda jazz-saksafon və tibet musiqiləri daha uyğundur), rəqs (qarışıq və güzgü önündə) və idmandan (depressiv hallarda velo və yürüş, üzgüçülük) uzaq durmamalıyıq! (Mən musiqi sədası altında iş görürəm məsələn)

11) Mətbəx. Musiqi dinləyərək mətbəxdə çalışın (kişilərə də aiddir). Bəlkə bir dostunuz və ya sevgilinizi dəvət edib qəhvə və qəlyanaltı söhbəti də edə bilərsiniz.(Avropada ən çox xoşladığım şey dostlarımla həftəsonlarını ev şəraitində mətbəxdə keçirmək olmuşdu, məsələn) Hər zaman restoranlarda görüşmək nə yoldaşlarımızın cibinə, nə istəyinə uyğun ola bilər, aradabir evdə də yığışın. Eyvanda oturub küçəyə baxın, deyib-gülün, gitara çalın, rəqs edin. (Özümə ayrıca bir mənzil alan kimi hamınızı həvəslə qarşılayacam.

12) Romantik atmosfer. Həyatımızda kiminsə olması mütləqdir: həyat yoldaşı, sevgili, partnyor və s. Olmasa da belə, bu bizə tənhalıq gətirməməli, sıxıldığımız halda tələbatlarımıza qarşı soyuq davranmamalıyıq (seks, əyləncə və romantika). Əks halda bu bir çox insanı stressə salır və intihara gətirib çıxardır. Lakin hisslərə də çox yer verməməliyik ki, münasibətlər də bitəndə ya alınmayanda üzüntüdən intihar etməyək. Əksinə yaddaşımızda xoş xatirə və izlər qalsın..

13) Ziyafətlərə, konsertlərə getmək lazımdır: buna maliyyə büdcəsi sərf etməyə gərək yox. Düzgün kontakt yarada bildiyimiz yoldaşlar qazanarıqsa, hər zaman dəvətliyik demək ki, ələlxüsus da xanımlar,

14) Valideynlərimizə qarşı körpə uşaq kimi diqqətli olaq ki, onları itirdiyimiz zamanlarda nəyinsə peşmançılığını çəkməyək: kifayət qədər sarılıb, öpək, sevindirək. Alimlər sübut edir ki, xəstə və yaşlı insanları dərman deyil, pozitiv ruh və qayğı sağaldır. (Öz ailə təcrübəmdən əminliklə deyə bilərəm)

15) Səyahət edək: pulumuz yoxsa, azacıq ictimai fəallıq və əlaqələrimizdən yararlanaq. Bahalı maşın və geyimlərə verdiyimiz pulu səyahətə, istirahətə xərcləmək, o pulun 5 qatını qazana biləcək enerjini və ruh yüksəkliyini də əldə etmiş olacayıq deməkdir.

16)…..siyahını çox uzatmaq olar. Lakin, önəmlisi sevgidir: evdə ailəmizi, işdə kolleqalarımızı, dost-tanışlarımızı sevək, işimizi sevək, həyatı sevək, körpələri sevək ki, məsumluqları bizə bilaşsın. Yaşlıları sevək ki, alqış-duaları üzərimizdə olsun. Cəmiyyəti sevək ki, cəmiyyət də bizi sevərək təslim olsun, dəyişsin. Dövlətimizi sevək, səhvləri, təhdidi, bəzən yanlış qanunları ilə belə. Bəlkə dövlətə olan sevgimiz nəyisə dəyişə bilər, lakin nifrətimiz əsla!

17) Həmişə cavan qalmaq arzusuyla yaşayaq, lakin qocalmaqdan da qorxmayaq. Hər şey öz zamanında gözəldir. Səhvlərdən qorxmayaq, keçmişimizdən utanmayaq. Heç kəs mükəmməl deyil, lakin ola da bilər.

P.S….bu qədər sadaladığımız gözəl şeylər varkən, biz niyə intihar edək? Bəlkə bunları bizə danışıb hiss etdirən olmayıb? Əminəm yazdıqlarımı gözəl və romantik bir musiqi altında oxusanız çox yaşamaq istəyərsiniz, adam kimi yaşamaq istəyərsiniz, maddiyatla deyil, mənəvi güc və həzzinizlə. Bəlkə bir neçə bənd də siz əlavə edib paylaşasızınız? Paylaşasınız ki, neçə-neçə intihar krizinə girmiş bir dostunuzu yolundan döndərəsiniz? Yəni, bunu da bacarmarıq? Məncə bacararıq. İstəklər, sevgi və diqqətlə cəmiyyət çox şeyi dəyişə və əldə edə bilər. Ayağımızı kandarında qoyduğumuz bir binadan, mərtəbədən, nərdivandan daha da yüksəklərə ucalmaq varkən, ordan intihar edib aşağıya yuvarlanmağa nə var ki? Biz bacardıq, “düşərkən” yüksəlməyi seçdik, bəs siz?

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Səhra Aslanı Ömər Muxtar, Faşist İtalyan qüvvələri tərəfindən tutularaq edama aparılması

Redaktor seçimi

SON XƏBƏRLƏR