Prorektordan təqaüdlə bağlı ən çox verilən suala cavab: “Bu tələbələr almayacaq”
“Ödənişli ya dövlət sifarişi əsasında oxuyan tələbələrin təqaüd alması, onların ümumi ortalama müvəffəqiyyət göstəricilərindən asılıdır”.
Bu sözləri AzEdu.az-a açıqlamasında Azərbaycan Dövlət Pedaqoji Universitetin İqtisadi və İnzibati İşlər üzrə prorektoru Ümid Mehdiyev bildirib.
O deyir ki, dövlət sifarişli, yaxud ödənişli əsaslarla oxumasından oxumasından asılı olmayaraq, ümumi ortalama balı yüksək olan tələbə təqaüd alır:
“Ödənişli ya dövlət sifarişi əsasında oxuyan tələbələrin təqaüd alması, onların ümumi ortalama müvəffəqiyyət göstəricilərindən asılıdır.
Biz plan yerinə uyğun olaraq, Təhsil Nazirliyinə sifariş göndəririk. Məsələn, bir qrupda 30 tələbə oxuyur, lakin oradakı təqaüd yerinin sayı ondur. Bu zaman göstəricisi ən yüksək olan 10 nəfərin adı təqaüd alacaq siyahıya daxil olunur və Təhsil Nazirliyinə göndərilir.
Təhsil Nazirliyi də həmin sifariş əsasında Maliyyə Nazirliyinə sorğu göndərir, dövlət büdcəsindən də bunun əsasında pul ayrılır.
Təkrar edirəm, ödənişli ya, ya, dövlət hesabına oxumasından asılı olmayaraq, əsas meyar kimi tələbələrin ümumi orta müvəffəqiyyət göstəricisi götürülür.
Bir nümunəyə də diqqət edək: tutaq ki, 10 tələbənin oxuduğu qrupda, 5 təqaüd yeri ayrılıb. Amma orada yalnız 3-4 nəfərin ümumi orta balı təqaüd göstəricilərinə uyğun gəlir. Şərtlərə cavab verməyən digər 2 tələbə isə təqaüd ala bilməyəcək. Demək, 5 nəfərlik plan yeri də tam dolmaya bilər.
Prorektor əslində, tələbə kəsiminə məlum olsa da, ictimaiyyətdə hələ də qaranlıq qalan bir detalı da xatırladıb:
“Bəzən, dövlət sifarişi əsasında oxuyan tələbənin kəsiri olur və o, təqaüd ala bilmir. Amma ödənişli əsasla oxuyan tələbənin ümumi orta balı yüksək olduğu üçün o təqaüd ala bilir”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət