Slimfit
  1. CƏMİYYƏT

Prokurorluq əməkdaşları regional video-görüşdə iştirak etdi

Prokurorluq əməkdaşları regional video-görüşdə iştirak etdi
Sakura

Prokurorluq əməkdaşları regional video-görüşdə iştirak etdi

Prokurorluq əməkdaşlarının maliyyə xarakterli cinayətlərin araşdırılması sahəsində bilik və bacarıqlarının artırılması məqsədilə görülən tədbirlər çərçivəsində onların təlim kurslarında, treninqlərdə, o cümlədən beynəlxalq təlimlərdə iştirakı təmin olunur. 

Ens.az xəbər verir ki,bu barədə "Report"a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Belə tədbirlərin davamı olaraq, cari ilin 24 avqust tarixində Birləşmiş Millətlər Təşkilatının Cinayət və Ədliyyə üzrə Regionlararası Tədqiqat İnstitutunun (UNICRI) ekspertləri və Azərbaycan Respublikasının Prokurorluq orqanlarının əməkdaşlarının iştirakı ilə “Zoom” onlayn platforması qaydasında video-görüş keçirilib.

Video-görüşdə UNICRI-nin aktivlərin bərpası üzrə ekspertləri ilə yanaşı Baş Prokurorluğun Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarəsinin böyük prokuroru Rövşən Abdullayev, Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin əməkdaşı Elmir Zeynalov və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin prokuroru Kamil Kamilli iştirak ediblər. 

Tədbirdə mütəşəkkil cinayətkarlıq fəaliyyəti nəticəsində əldə edilən aktivlərin səmərəli şəkildə izlənilməsi və müsadirə edilməsi, qanunsuz olaraq əldə edilən aktivlərin dondurulması, saxlanılması, müsadirə edilməsi və bərpa olunması istiqamətində fəaliyyətin qurumlararası və trans-sərhəd şəkildə əlaqələndirilməsinin təkmilləşdirilməsi, COVID-19 pandemiyasının müxtəlif sahələr, o cümlədən, korrupsiyaya qarşı mübarizə sahəsi üzərindəki mənfi təsirləri kimi aktual mövzuların müzakirəsi həyata keçirilib, qeyd olunan mövzularla əlaqədar ayrı-ayrı ölkələrin müsbət təcrübələri dinlənilib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Rəsulzadənin kitabındakı Azərbaycan Cümhuriyyəti xəritəsi budur. 1923-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR