Slimfit
  1. DÜNYA

Primatlara insan hüquqları verilə bilər

Primatlara insan hüquqları verilə bilər
Sakura

Primatlara insan hüquqları verilə bilər

Onlar çox ağıllıdır.

İsveçrə kantonu (kanton federativ dövlət kimi İsveçrənin ərazi quruluşudur) Bazel-Ştad insanabənzər meymunlara həyat üçün fundamental hüquqlar vermək üçün səsvermə keçirməyə hazırlaşır.

AzNews.az The Local nəşrinə istinadən xəbər verir ki, referendumla bağlı təklifi İsveçrə analitik mərkəzi tərəfindən irəli sürülüb.

Bu təşəbbüsün əsas məqsədi həyat üçün önəmli hüquqların, həmçinin həm psixoloji, həm də fiziki toxunulmazlığın təmin edilməsidir. İnsanabənzər heyvanlara şimpanze, oranqutanq və bonobo aiddir.

Analitik mərkəz bildirdi ki, bu təklif sayəsində Bazeldə bu canlıların kütləvi ölümünün qarşısı alınacaq. Bazel güclü İsveçrə əczaçılıq sənayesi kimi ixtisaslaşmış şəhərdir.

2016-cı ildə bu mərkəz bəyan etmişdi ki, bu canlılar çox ağıllıdır, plan qura və hadisələri yadda saxlaya bilərlər. Onlar həmçinin əzab çəkmək və şəfqət hisslərinə malikdirlər.

Hal-hazırda mərkəz referendumun keçirilməsi üçün lazım olan imzaları toplamağa davam edir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycanın görkəmli şairləri Balaş Azəroğlu və Mədinə Gülgün həyat yoldaşı olmuşlar.

Redaktor seçimi

SON XƏBƏRLƏR