Dərc edildi: Baxış sayı: 583
Prezidentin yüksək vəzifəyə təyin etdiyi şəxs kimdir? - DOSYE
Bu gün Prezident İlham Əliyevin imzaladığı sərəncam ilə Samir Əhməd oğlu Seyidəhmədli Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini təyin edilib.
Oxu.Az S.Seyidəhmədlinin dosyesini təqdim edir:
Samir Seyidəhmədli iş karyerasına 2005-ci ildə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində (keçmiş Vergilər Nazirliyi) başlayıb.
O, 2012-ci ildə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.
2022-ci ildə o, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin rəisinin birinci müavini təyin edilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət