Slimfit
  1. CƏMİYYƏT

Prezidentin vurğuladığı tarixi müqavilə - Xəritə

Prezidentin vurğuladığı tarixi müqavilə - Xəritə
Sakura

Prezidentin vurğuladığı tarixi müqavilə - Xəritə

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 10-da altıncı çağırış Milli Məclisin ilk iclasındakı çıxışında Kürəkçay müqaviləsinə (1805) diqqət çəkərək, uydurma erməni tarixi ilə bağlı önəmli məqamlara toxundu. Prezident müqavilənin Rusiya İmperiyasının generalı Sisianovla Qarabağ xanı İbrahim xan arasında imzalandığına diqqət çəkdi və qeyd etdi ki, XX əsrin əvvəllərində Rusiya İmperiyası tərəfindən dərc edilmiş xəritələrdə indiki Ermənistan ərazisindəki toponimlərin mütləq əksəriyyəti Azərbaycan mənşəlidir.

Məsələ ilə bağlı Axar.az-a açıqlama verən Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini professor Cəbi Bəhramov bildirib ki, 1918-ci ilə qədər heç bir rəsmi müqavilədə Ermənistanın adı çəkilməyib:

“Prezident İlham Əliyev bütün prezidentliyi dövründə ermənilərin Azərbaycana qarşı həyata keçirdiyi işğal faktorunu, hərbi təcavüzü, həmçinin onları himayə edən qüvvələri tarixi faktlarla dilə gətirib. Ölkə başçısı ermənilərin uydurma tarixinin ifşa edilməsi yönündə faktların araşdırılmasına hər zaman dəstək olub. Bu baxımdan istər Münhendə, istərsə də martın 10-da Milli Məclisin ilk iclasında Kürəkçay sülh müqaviləsi haqqında danışması təsadüfi deyil. Məsələ ondadır ki, həmin müqavilədə Qarabağ xanlığının Rusiya İmperiyasının himayədarlığını qəbul etdiyi öz əksini tapıb. Həmin müqavilənin mətnində bir çox məsələ qeyd edilib, lakin ermənilərlə və ya Ermənistan barədə heç bir söhbət getmir. Rus məmuru Şavrov 1911-ci ildə nəşr etdirdiyi kitabda göstərir ki, Rusiya ərazisində yaşayan 1 milyon 300 min erməninin 1 milyonu müxtəlif vaxtlarda Cənubi Qafqaza, xüsusilə də Qarabağ ərazisinə köçürülüb”.

Tarixçi qeyd edib ki, Prezidentin Kürəkçay müqaviləsini gündəmə gətirməsinin ciddi səbəbləri var:

“Məsələ ondadır ki, ermənilər bu müqaviləyə istinadən Şərqi Ermənistanın Çar Rusiyasının tabeliyinə keçdiyini iddia edirlər. Bu, saxtakarlıqdan başqa bir şey deyil və həqiqəti əks etdirmir. Bu sənəddə ermənilərlə bağlı heç bir söz getmir. Kürəkçay müqaviləsi Tarix İnstitutun 2005-ci ildə nəşr etdirdiyi “Kürəkçay müqaviləsi” adlı kitabda real sənədlərlə öz əksini tapıb. Belə ki, bu kitabda həm müqavilənin bəndləri, həm də orijinal mətni mövcuddur. Keçən 17 il ərzində Prezident Tarix İnstitutu ilə sıx əlaqə saxlayır və istər ölkə daxilində, istərsə də beynəlxalq tədbirlərdə çıxışı zamanı Azərbaycan tarixindən önəmli istinadlar gətirir. Təsadüfi deyil ki, Münhendə Kürəkçay müqaviləsi barədə danışdı”.

C.Bəhramov vurğulayıb ki, Türkmənçay müqaviləsinə (1828) qədər heç bir müqavilədə ermənilərin adı çəkilməyib:

“Türkmənçay müqaviləsinin 15-ci maddəsində ermənilərin Cənubi Qafqaza köçürülməsindən bəhs edilir. Yəni bu bir daha sübut edir ki, ermənilər Cənubi Qafqazın yerli əhalisi deyil. Ölkə başçısı Qarabağla yanaşı, dəfələrlə İrəvanın da tarixi ilə bağlı məlumatları dilə gətirib. 1918-ci ildə o dövrün tarixi prosesləri çərçivəsində İrəvan güzəşt olaraq ermənilərə verilib. Burda diqqət ediləsi bir məqam var. Rəsmi müqavilələrdə Ermənistan ifadəsi işlədilmir. Məsələ ondadır ki Azərbaycan nümayəndə heyəti Osmanlı ilə danışıqlar aparırdı. Həmin dövrdə hər iki tərəfə ingilislər və digər ittifaq ölkələri ciddi təzyiqlər edirdi. Bu gün Azərbaycan Tarix İnstitutunda orijinal tarixi sənədlər mövcuddur. Ölkə başçısı çıxışlarında başda Kürəkçay müqaviləsi olmaqla, digər tarixi faktları məhz bu sənədlərə istinadən səsləndirir. Lakin Ermənistan tərəfinin əlində heç bir rəsmi sənəd yoxdur”.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İstanbulun təyyarədən görünüşü

Redaktor seçimi

SON XƏBƏRLƏR