Slimfit
  1. CƏMİYYƏT

Prezidentin köməkçisindən çarter reysləri ilə bağlı AÇIQLAMA

Prezidentin köməkçisindən çarter reysləri ilə bağlı AÇIQLAMA
Sakura

Prezidentin köməkçisindən çarter reysləri ilə bağlı AÇIQLAMA

“Xaricdə olan vətəndaşların təxliyyəsi davam edir”.

Ens.az Oxu.Az-a istinadən xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın bu gün keçirdiyi brifinqdə Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O bildirib ki, digər ölkələrə çarter reyslər təşkil ediləcək:

“Bakı-İstanbul-Bakı istiqamətində çarter reysləri həyata keçirilib. Avropa ölkələri ilə Bakı-London istiqamətində AZAL tərəfindən çarter reyslərinin təşkili gözlənilir. Bununla bağlı AZAL Böyük Britaniyanın müəyyən qurumları ilə danışıqlar aparıb. Həftədə bir dəfə reys təşkil ediləcək.

Almaniya ilə də Bakı-Berlin istiqamətində çarter reyslərinin təşkil edilməsi istiqamətində danışıqlar aparılıb”.

H.Hacıyev onu da qeyd edib ki, çarter reyslərindən prosedur qaydalarına uyğun olaraq, test nəticələri neqativ olan şəxslər yararlana biləcək.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1921-ci ilin avqust ayında İraqın ilk Kralı I Feysəlin taxta çıxma mərasimi. Ətrafında iraqlılar yox, ingilislər var ...

Redaktor seçimi

SON XƏBƏRLƏR