Prezidentin köməkçisi: "Ermənistan strategiyasını dəyişməli və qonşulara qarşı ərazi iddialarına son qoymalıdır"
"Ermənistan strategiyasını dəyişməlidir. Azərbaycanın əzəli torpaqlarını azad etməsi Cənubi Qafqazda vəziyyəti dəyişib".
"Ens.az" “Report”a istinadla xəbər verir ki,bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev VIII Qlobal Bakı Forumu çərçivəsində keçirilən "Cənubi Qafqaz: regional inkişaf və əməkdaşlıq üçün perspektivlər" mövzusunda paneldə bildirib.
O vurğulayıb ki, işğal Ermənistanın müstəqilliyinə xələl gətirib: "Ermənistanın iqtisadi potensialı qonşu ölkələrdən asılıdır. Ermənistan qonşu ölkələrə qarşı ərazi iddialarına son qoysa, bu, Ermənistana fayda verəcək. Ermənistan qonşu ölkələrə qarşı ərazi iddialarına son qoymalıdır".
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət