Slimfit
  1. HƏRB

Prezidentin köməkçisi cəbhə bölgəsində...

Prezidentin köməkçisi cəbhə bölgəsində...
Sakura

Prezidentin köməkçisi cəbhə bölgəsində...

Azər­baycan  Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri general-pol­kov­nik Məhərrəm Əliyev və Dövlət Sər­həd Xid­mətinin rəisi gene­ral-polkovnik Elçin Quliyev sentyabrın 18-də Dövlət Sərhəd Xid­mətinin Sərhəd Qo­şun­ları­nın “Qazax” əlahiddə sərhəd divi­zi­yasının hərbi hissə və bölmələ­rinə səfər ediblər.

Ens.az xəbər verir ki, Dövlət Sərhəd Xidmətindən Modern.az-a verilən məlumata görə, səfər çərçivəsində Azərbaycan Prezidenti Si­lah­lı Qüvvələrin Ali Baş Komandanı  İlham Əliyevin tap­şırıqlarının icra və­ziy­yəti yoxlanılıb, hərbi qulluqçuların xidməti və ya­şa­yış şərait­lə­rinə baxış ke­çirilib, Ermənistanla dövlət sər­hə­dindəki sərhəd-döyüş məntəqələrində xid­mət aparan sərhədçilərlə görüşülüb.

“Qazax” əlahiddə sərhəd divi­zi­yasında hərbi tikin­ti-quruculuq işlə­ri­nin gedişatı nəzərdən keçirilib, dövlət sər­hədində zə­ru­ri sərhəd mü­ha­fizə və mü­da­fiə infra­struk­tu­runun daha da güclən­di­ril­­məsi tədbirlərilə tanış olun­ub, hərbi hissə və bölmələrin döyüş ha­zır­lığının yük­səl­dil­məsi, dövlət sər­hədi­nin toxunul­mazlığının və şəxsi heyətin təh­lükə­siz­liyinin təmin edil­məsi istiqamətin­də zəruri tapşı­rıqlar verilib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yunanıstanın ikinci böyük şəhəri olan Saloniki 1997-ci ildə Avropa mədəniyyət paytaxtı seçilmişdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR