Dərc edildi: Baxış sayı: 592
Prezidentin köməkçisi: "Bu, Azərbaycan xalqının tarixində böyük vətən müharibəsidir"
“Azərbaycana qarşı müharibə başlayıb. Belə bir çətin dönəmdə Azərbaycan xalqı səfərbərdir".
Ens.az “Report”-a istinadən xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
Onun sözlərinə görə, bu, Azərbaycan xalqının tarixində də böyük bir vətən müharibəsidir: "Azərbaycanda hərbi vəziyyət elan olunub. Bu gün də qismən səfərbərliklə bağlı ölkə başçısı sərəncam imzalayıb".
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət