Slimfit
  1. AZƏRBAYCAN

Prezidentin köməkçisi Azərbaycan-Rusiya sərhədində baş vermiş hadisəyə münasibət bildirib

Prezidentin köməkçisi Azərbaycan-Rusiya sərhədində baş vermiş hadisəyə münasibət bildirib
Sakura

Prezidentin köməkçisi Azərbaycan-Rusiya sərhədində baş vermiş hadisəyə münasibət bildirib

“Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında dövlət sərhədinin Dağıstan istiqamətində Məhərrəmkənd rayonu, Kullar postunda baş vermiş hadisə ilə bağlı təəssüfümüzü bildiririk. Ümumiyyətlə, COVID-19 qlobal pandemiyası səbəbindən 2020-ci ilin mart ayının ortalarından etibarən ölkəmizin quru sərhədləri və xüsusi çarter reysləri vasitəsilə 20 min nəfərdən artıq Azərbaycan Respublikası vətəndaşının ölkəmizə geri qayıdışı təmin edilib”.

Ens.az xəbər verir ki,bunu APA-ya Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

H. Hacıyev bildirib ki, 2020-ci ilin mart ayının sonu, aprel ayının əvvəlindən etibarən Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında “Samur” sərhəd buraxılış məntəqəsi və beynəlxalq hava limanları vasitəsilə 2976 nəfər Azərbaycan Respublikası vətəndaşının Rusiyadan ölkəmizə geri qayıdışı təmin olunub.

“Rusiya Federasiyası ərazisində olan Azərbaycan Respublikası vətəndaşlarının ölkəmizdəki xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq xüsusi vaxt qrafiki çərçivəsində və qeydiyyat əsasında ölkəmizə geri qayıdışının təmin edilməsi üçün “Evə gedirəm” adlı portal yaradılıb.

Azərbaycan Respublikası və Rusiya Federasiyasının aidiyyəti dövlət qurumları tərəfindən qarşılıqlı əlaqələndirmə şəklində vətəndaşların həftəlik əsasda müəyyən olunmuş qrafik çərçivəsində ölkəmizə geri qayıdışı təmin olunur. Həftəlik qrafik çərçivəsində 19 mayda 120 nəfər, 26 mayda 131 nəfər, 2 iyunda 122 nəfər, 9 iyunda 130 nəfər vətəndaş “Samur” sərhəd buraxılış məntəqəsindən ölkəmizin ərazisinə keçib. Bu qrafik üzrə bu gün 150 nəfərdən artıq vətəndaşın ölkəyə keçməsi təmin olunacaq. Həmçinin bu həftə “Evə gedirəm” portalı vasitəsilə qeydiyyata düşmüş vətəndaşların Bakı-Moskva-Bakı çarter reysi ilə geri qaytarılması da nəzərdə tutulub.

Vətəndaşların ölkəyə geri dönməsi zamanı, ilk növbədə, üstünlük yaşlılara, xəstələrə, qadınlara və uşaqlara, ailələrə verilir və Azərbaycanda karantin üçün ayrılmış məntəqələrin qəbuletmə imkanları nəzərə alınır.

“Samur” sərhəd keçid məntəqəsi ətrafına toplaşan vətəndaşlarımız müəyyən edilmiş qaydalara riayət etməli, növbəlilik prinsiplərini pozmamalı və aidiyyəti dövlət qurumlarının öz fəaliyyətlərini həyata keçirmələrinə mane olmamalıdırlar. Mövcud durumda vətəndaşlarımızı anlayış göstərməyə çağırırıq”, - deyə o əlavə edib.

Qeyd edək ki, “RİA Novosti” agentliyi diplomatik mənbələrə istinadən Azərbaycan Daxili İşlər Nazirliyinin nümayəndə heyətinin insidentlə bağlı bu gün Dağıstana səfər edəcəyi barədə məlumat yayıb.

 

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kosmik stansiya öz çəkisində olan qızıldan 30 dəfə bahadır.

Redaktor seçimi

SON XƏBƏRLƏR