Slimfit
  1. GÜNDƏM

Prezidentin çıxışındakı istiqamətlər – 8 hədəf

Prezidentin çıxışındakı istiqamətlər – 8 hədəf
Sakura

Prezidentin çıxışındakı istiqamətlər – 8 hədəf

Sədrliyin Azərbaycana keçdiyi ilk andan ölkəmizin bu təşkilata nəfəs və can verməsinin əlamətləri özünü büruzə verir. Bu, şişirdilmiş mülahizə yox, həqiqətdir.

Axar.az xəbər verir ki, bu sözləri “Bakı Xəbər” qəzetinin təsisçisi və baş redaktoru Aydın Quliyev deyib. O bildirib ki, ölkə başçısının çıxışı ölkəmizin bu sistemdə böyük donorluq hərəkatı başlatmaq gücündə olduğunu göstərdi:

“Beləliklə, hərəkata sədrliyin başladığı ilk anlardan Azərbaycan ümumi prosesə nə verdi?

Birincisi, Prezident dənizə çıxışı olmayan kiçik ölkələrin vahid platforma ilə müdafiəsini təklif etdi və böyük ehtimalla bu istiqamətdə proses başlanacaq.

İkinci, Prezident Beynəlxalq İnkişaf Agentliyinin xətti ilə dünyanın bir sıra ölkələrinə yardım göstərdiyini söylədi və bununla Azərbaycanın Qoşulmayan Ölkələr sistemində böyük donorluq hərəkatı başlatmaq gücündə olduğunu nümayiş etdirdi.

Üçüncü, Azərbaycan ilk dəfə Qoşulmama Hərəkatı çərçivəsində Gənclərin zirvə görüşünü keçirmək təşəbbüsü ilə çıxış etdi və bunu həyata keçirdi. Deməli, Azərbaycan əslində Qoşulmama Hərəkatının strukturlaşdırılmasına faktiki yenilik gətirdi. Xatırladım ki, ölkəmiz İslam Əməkdaşlıq Təşkilatının da strukturuna eynən belə yeniliklər gətirib.

Dördüncü, Prezident 31 ölkədən 47 gəncə Azərbaycan universitetlərində pulsuz təhsil hüququ verildiyini bəyan etməklə əslində Hərəkat çərçivəsində humanitar-mədəni xarakterli yeni proses açdı.

 

Beşinci, Azərbaycan Prezidenti üzv ölkələrə bir-birini BMT-də daha fəal müdafiəyə çağırmaqla, Hərəkatın daha mütəşəkkil təşkilata çevrilməsinin və bütövləşməsinin ən yaxın yolunu göstərdi.

Altıncı, beynəlxalq münasibətlər sistemində Qoşulmama Hərəkatının rolunu gücləndirmək çağırışı etməklə Azərbaycan Prezidenti Hərəkata faktiki surətdə böyük bir dövr üçün real prioritet istiqamət göstərdi.

Yeddinci, məhz Bakı Sammiti bu Hərəkatla başqa beynəlxalq təşkilatların əlaqələrinin qurulmasını və gücləndirilməsini yeni fəaliyyət istiqaməti kimi üzv ölkələrin qarşısında açdı.

Nəhayət, Hərəkatın tarixində ilk dəfə olaraq məhz Azərbaycan iqtisadi, ticarət və investisiya sahəsində əlaqələrin gücləndirilməsi barədə çağırış etməklə Hərəkatın təkcə siyasi-təhlükəsizlik müstəvisində yox, həm də iqtisadi müstəvidə böyük inteqrasiya perspektivinə malik olduğunu nümayiş etdirdi. Ümumilikdə bu istiqamətlərin hər biri Prezident Əliyevin məruzəsində aydın göstərildi”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Süleyman Rüstəmin bacısı yazıçı Cəlal Bərgüşadın həyat yoldaşı idi.

Redaktor seçimi

SON XƏBƏRLƏR